Trampdan gözlənilməz qərar: Hərbi büdcəni artırır
28-02-2017, 09:09. Разместил: heqiqet
"The New York Times” gələn maliyyə ili üçün prezidentin müdafiə xərclərini artırmaq niyyəti barədə yazıb.
Tramp federal qurumlardan büdcənin hazırlanması zamanı müdafiə xərclərini kəskin artırmağa imkan verəcək qaydalara riayət edilməsini tələb edib.
4 yüksək vəzifəli mənbədən xəbəri dəqiqləşdirən qəzetin yazdığına görə, Ağ Ev rəhbəri Dövlət Departamenti, Ətraf Mühitin Mühafizəsi Agentliyi kimi qurumların maliyyəsindən onlarla milyon dollar kəsmək niyyətindədir. Ancaq maliyyələşmədəki azalma sosial təminat və tibbi sığorta layihələrinə şamil edilməyəcək.
Вернуться назад