DataLife Engine > dunya > Suriyada “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

Suriyada “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib


2-03-2017, 09:27. Разместил: heqiqet Suriyada “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib Suriyada "Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib.
Onun İdlib şəhəri yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatın zərbəsi nəticəsində öldürüldüyü bildirilir. Məlumata əsasən, 59 yaşlı terrorçu "Əl-Qaidə” terror təşkilatının lideri Ayman Az-Zavaxirinin müavini, Üsamə ben Ladenin kürəkəni olub. Onun Suriyada "Cəbhət ən Nusra" terror qruplaşmasına dəstək verdiyi, 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə hücumun təşkilatçısı olduğu qeyd olunur.
Вернуться назад