DataLife Engine > hadise > Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub

Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub


18-06-2021, 09:50. Разместил: heqiqet Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Вернуться назад