Azərbaycanda polisi şantaj edən 3 nəfər tutuldu – KAFEDƏ ƏMƏLİYYAT
13-03-2017, 16:02. Разместил: heqiqet
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Вернуться назад