Ərdoğandan ABŞ-a mesaj: "Davam etdirmək zorundayıq"
7-04-2017, 17:42. Разместил: heqiqet
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədindəki Hatay şəhərində keçirdiyi mitinqdə çıxışında deyib. O bildirib ki, Türkiyə Suriya xalqının təhlükəsizliyini təmin edən bütün təşəbbüsləri dəstəkləyir: “Suriya rejimi İdlibdə vəhşi qətliam törədib, günahsız, müdafiəsiz uşaqlar kimyəvi silahlarla qətlə yetirilib. İnsanları qətlə yetirənlərin özünü təhlükəsiz hiss etməyə haqqı yoxdur. Heç kəs insan qətlini İŞİD-lə mübarizə pərdəsi altında gizlədə bilməz".
R. T. Ərdoğan ABŞ-ın addımını yetərli görmədiyini də söyləyib: "Mən bunu yetərli görmürəm. Davam etdirmək zorundayıq. Artıq məzlum Suriya xalqını qorumaq üçün hər sahədə addımlar atılmasının zamanı gəlib. Bizə görə, son hadisələr Suriyada terrordan azad edilmiş təhlükəsizlik zonaları yaratmaq barədə mövqeyimizin haqlı olduğunu ortaya qoydu".
Вернуться назад