DataLife Engine > gundem > BMT: Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər

BMT: Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər


25-04-2017, 10:51. Разместил: heqiqet BMT: Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər.
BMT-nin internet saytının verdiyi məlumata görə, bu barədə qurumun Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qratsianu da Silva FAO Şurasının 165-ci sessiyasında bildirib.
Onun sözlərinə görə, təcili tədbirlər görülməsə, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə yaşayan 20 milyon insan aclıqdan ölə bilər. Bunun əsas səbəbləri bölgədəki münaqişələr və quraqlıq hesab edilir.
Təşkilatın sessiyası çərçivəsində qeyd olunan ölkələrdə qida böhranın miqyası barədə məlumat veriləcək, fəlakətin qarşısının alınması üçün lazımı tədbirlər paketi təklif olunacaq. Sessiya çərçivəsində FAO-ya üzv dövlətlərin məcburi ödənişlər şkalasına dair yeni təkliflər də müzakirə olunacaq.
Вернуться назад