Azərbaycanda polis faciəvi şəkildə öldü
21-08-2017, 11:03. Разместил: heqiqet
Hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdaş rayonunun Dəhnə Xəlil kənd sakini, 1991-ci il təvəllüdlü Manafov İslam Nəriman oğlu 03-BJ-363 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəbələ rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı olan çavuş İslam Manafov hadisə zamanı ağır bədən xəsarətləri alıb. O, Qəbələ Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Вернуться назад