DataLife Engine > gundem > Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək


5-02-2018, 15:21. Разместил: heqiqet Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Вернуться назад