Sabirabad və Saatlıda iki qonşusunu öldürən şəxsə ömürlük həbs cəzası verilib
8-11-2018, 19:44. Разместил: heqiqet
Məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, qətl hadisəsi bu ilin mart ayının 12-də baş verib. F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək Kamran Yaqubovu da öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad Rayon Polis şöbəsinə gətirilib.
Qətlə səbəb T.Sadıqov və K.Yaqubovun F.Əliyevi söyməsi olub.
Вернуться назад