Qayda pozan sürücü özünü və polis əməkdaşını yandırdı
17-12-2018, 12:06. Разместил: heqiqet
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb: "Sürücü, Zəngilan rayon sakini, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 53 yaşlı Məhərrəmov Kamil Atlıxan oğlu saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsindən imtina etməklə polisə 50 manat pul təklif edib. İnspektorun prinsipiallığını görən sürücü avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, kirbit çıxarmaqla özünü yandıracağını deyib. O, özünü yandıranda polis əməkdaşları bunun qarşısını alıblar. Sürücünün əynində yanan paltarlar çıxarılıb və Respublika Yanıq Mərkəzinə çatdırılıb. Hadisə zamanı yol polisi əməkdaşı da yanıq xəsarəti alıb”.
Mərkəzdən Avtosfer.az-a bildirilib ki, onun boynunda və sağ əlinin dərisinin yanığı qeydə alınıb.
Вернуться назад