DataLife Engine > gundem / sosial > Zəfər bayramın mübarək, Azərbaycan!

Zəfər bayramın mübarək, Azərbaycan!


Bu gün, 15:48. Разместил: heqiqet

Müzəffər ordunun şanlı qələbəsiSilahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Əminliklə deyə biərik ki, xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu.
İkinci Qarabağ müharibəsi günümüzün bir çox reallıqlarını kökündən dəyişdi. Vətən müharibəsi təqvimimizə də yeniliklər gətirdi. Əvvəllər noyabrın 8-i hamımız üçün adi günlərdən biri idi. Sakitcə, heç bir təmtəraq olmadan ötüb keçirdi. 2020-ci ildən sonra isə noyabrın 8-i tariximizə Zəfər Günü kimi yazıldı. İndi ölkəmizin bütün bölgələrində bu əziz bayram böyük təntənə ilə qeyd olunur. Xalqımız 2020-ci ilin payızında böyük tarixi günlər yaşadı. Çöhrələrimizə gülüş ələyən Zəfər bayramı Vətən müharibəsində qazanılan uğurlu döyüşlərdən doğuldu. İndidən sonra Zəfər Gününü xatırladıqca iftixar dolu hisslər keçirəcəyik. Zəfər Gününü Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə "əhsən" deyə-deyə xatırlayacağıq. Qürur dolu bu günləri xatırladıqca üzümüz güləcək, könlümüz açılacaq. Bizə bu xoş anları yaşadanların qarşısında böyük iftixarla baş əyəcəyik.
Zəfərimizin növbəti ildönümü münasibətilə xalqıməzə təbrik edir və qələbəni bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə, vətənimizin ərazi bütövlüyünü qoruyan hərbiçilərimizə can sağlığı diləyirəm.


AZƏRBAYCAN ATALAR SÖZLƏRİNƏ NƏZƏRƏN BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN İNTERPRETASİYASI

Məsum Kamal oğlu Əliyev,

Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri, 

"Qızıl qələm" media mükafatı laureatı,

"Heqiqet.az" saytının redaksiya heyətinin fəxri üzvü


Вернуться назад