DataLife Engine > gundem > Müdafiə Nazirliyi cəbhədən məlumat yaydı - RƏSMİ

Müdafiə Nazirliyi cəbhədən məlumat yaydı - RƏSMİ


25-05-2016, 10:08. Разместил: heqiqet Müdafiə Nazirliyi cəbhədən məlumat yaydı - RƏSMİ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Вернуться назад