DataLife Engine > gundem > Əliyev, Putin və Ruhaninin görüş vaxtı bilindi

Əliyev, Putin və Ruhaninin görüş vaxtı bilindi


13-07-2016, 10:31. Разместил: heqiqet Əliyev, Putin və Ruhaninin görüş vaxtı bilindiƏliyev, Putin və Ruhaninin görüş vaxtı bilindi İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur bu barədə məlumat verib.

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüş vaxtı bilindi. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin görüşü avqustun 8-nə gözlənilir.
Bu barədə Astanada Rusiyanın “TASS” agentliyinə İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur deyib.
"Şübhəsiz belə görüş olacaq. Görüşün avqustun 8-də olacağı gözlənilir".
Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransı zamanı görüşün avqust ayında baş tutacağını açıqlamışdı. Lakin dəqiq tarixin avqustda bilinəcəyi deyilirdi.
Rusiya və Azərbaycan prezidentləri son dəfə iyunun 20-də Sankt-Peterburqda görüşüblər. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub.
İran və Azərbaycan prezidentləri arasında isə görüş sonuncu dəfə aprelin 14-də İstanbulda keçirilib. İlham Əliyev və Həsən Ruhani arasında təkbətək görüş təxminən yarım saat davam edib.
Fevralın 23-də isə dövlət başçıları Tehranda bir araya gəlmişdilər.
Вернуться назад