Qarabağ münaqişəsi İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq
29-07-2016, 16:55. Разместил: heqiqet
Bunu İtaliya xarici işlər naziri Paolo Centiloni ölkəsinin 2018-ci ildə ATƏT-ə sədrliyi zamanı diqqət yetirəcəyi məsələlərlə bağlı danışarkən bildirib.
P. Centiloni qeyd edib ki, İtaliyanın ATƏT-ə sədrliyi ilə bağlı qəbul edilən qərar ölkənin Avropada sülh və sabitliyin möhkəmləndirilməsinə fəal şəkildə töhfə verməyə sadiq olduğunu göstərir.
Qeyd edək ki, ATƏT-in hazırkı sədri Almaniyadır. Quruma sədrliyi 2017-ci ildə Avstriya, 2018-ci ildə isə İtaliya təhvil alacaq.
Вернуться назад