«İdeal-İ İnşaat»-a dur deyən tapılacaq?
22-08-2016, 12:18. Разместил: heqiqet

Xoruzun quyruğu hansı rəngdədir?
Qanun öz missiyasını o zaman bitmiş hesab edir ki, məmurlar ona adi hal kimi baxırlar. Açığı, Abşeron rayon Masazır qəsəbəsi, M.P.Vaqif küçəsi 3 ünvanında yaşayan Əkbərov İbrahim Rəfi oğlunun redaksiyamıza göndərdiyi şikayət məktubundan da məhz belə bir nəticə hasil olur. Şikayətçi bildirir ki, Bakı şəhəri Xətai rayonu S.Vəzirov küçəsi 11 ünvanında yerləşən «İdeal-İ İnşaat» MMC-dən həmin rayonun 884 nömrəli sahəsində Xocalı prospekti 29-da yerləşən binanın 13-cü mərtəbəsində, 24-cü blokda 148 kv.metr sahəsi olan mənzil üçün «İdeal-İ İnşaat»ın sahibkarı İsa Əli oğlu Məmmədova mənzilin hər kvdaratına 1000 (min) manat, ümumilikdə mənzilə 148 (yüz qırx səkkiz) min manat ödəməklə Əkbərova Səbinə İbrahim qızının adına ikitərəfli müqavilə imzalayıblar. Həmçinin Onlara şirkətin baş mühasibinin imzası, şirkətin möhürü ilə təsdiqlənmiş sənəd və kassa mədaxil orderi verilib. Lakin evin Əkbərova Səbinə İbrahim qızının adından Əkbərov İbrahim Əli oğlunun adına keçirilməsi prosesi zamanı ortada əsl maxinasiya halı yaşanıb. Məlum olub ki, həmin mənzil 2016-cı ilin martında Yeganə Rzayeva adlı şəxsə də satılıb. Sahibkar evin satılmadığını iddia etsə də, Əkbərovlar aldıqları mənzildə təmir işləri aparmaqdan məhrumdur. Hətta Yeganə Rzayeva da bildirib ki, o, bu mənzil üçün «İdeal-İ İnşaat»a 130 (yüz otuz) min manat pul ödəyib. Bu açıq-aşkar o deməkdir ki, aidiyyəti mənzil başqa birinə də satılıb. Yəni iri tikinti sahibkarları tez-tez belə çirkin hallara yol verirlər.
Üstəlik, «İdeal-İ İnşaat» Əkbərov İbrahim Rəfi oğlunu məhkəməyə verib, onun Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmənzilli yaşayış binasının 24-cü blokunda yerləşən 13-cü mərtəbədə olan 3 otaqlı, 884 saylı sahəsi 148 kv.metr mənzildən çıxarılması və onunla bağlanılmış müqavilənin etibarsız hesab olunmasına üçün məhkəmədən Qətnamə çıxarmasını xahiş edib. Buna əsas kimi də mənzil satdığı şəxsə etibar etdiyini və mənzil alan şəxsin pulu gecikmələrlə ödəməsini səbəb gətirib.
Görürsünüz, haqqın tərəzisində çəkilən haqqın da çox vaxt yalanın qurbanı olması faktı ilə üzləşirik. İndi düşünürük ki, görəsən xoruzun quyruğu hansı rəngdədir?
Əkbərov İbrahim Rəfi oğlunun başına gələnlər də zənnimizcə, həmin faktlardan biridir. Hələlik araşdırma aparırıq. Reydimiz başa çatan kimi daha ətraflı material təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Вернуться назад