ABŞ-dan "Fərat Qalxanı"na SƏRT etiraz: "Dəstəkləmirik!"
30-08-2016, 17:21. Разместил: heqiqet
Rəsmi Vaşinqton Türkiyənin Suriyada Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı gerçəkləşdirdiyi əməliyyatı dəstkələmədiyini bəyan edib. Türkiyənin Suriyada Demokratik Qüvvələrə qarşı irəliləməsindən narahat olduğunu açıqlayan Ağ Ev bu siyasətin Suriyadakı vəziyyəti daha da qarışdıracağını bildirib: “Bu vəziyyət həm də bölgədə İŞİD-ə qarşı birliyin formalaşmasına mane ola bilər”.
Qeyd edək ki, SDQ-yə daxil olan qruplaşlardan biri də PKK-nın Suriya qanadı olan PYD-dir. Türkiyə dövləti isə PYD-ni terrorçu qurum kimi tanıyır və onu PKK-nın Suriyadakı silahlı qanadı sayır.
Вернуться назад