Azərbaycan prezidenti: "Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik"
20-12-2016, 15:18. Разместил: heqiqet
Prezidentin başsağlığı məktubunda bildirilir:
“Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Вернуться назад