Bakının Qaradağ rayonu ərazisində yerləşən qaz kəmərində partlayış olub
27-12-2016, 13:56. Разместил: heqiqet
Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov XəzərXəbər-ə bildirib ki, hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.
***
“Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.
Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.
Вернуться назад