Dünya heyrət içində: 7 yeni planet tapıldı, həyat əlaməti... - GÖRÜNTÜLƏR
23-02-2017, 11:43. Разместил: heqiqet
Bununla bağlı NASA Günəş sistemindən kənarda kəşf edilmiş planetlər mövzusunda mətbuat konfransı keçirib.
Günəş sistemindən kənardakı ulduzların ətrafında fırlanan və “ekzoplanet” adlandırılan bu planetlərin kəşfinin Yerdən kənarda canlı varlıqların aşkara çıxarılması yolunda əhəmiyyətli addım olacağı bildirilir.
Astronomların Trappist-1 adlandırdığı yeni sistemdə temperaturun Yerdəki ilə oxşar ola biləcəyi ehtimal olunur.
NASA-nın 2018-ci ildə göndərməyi planlaşdırdığı yeni teleskoplar sayəsində 7 yeni planet barədə daha geniş məlumatlar əldə olunacaq. Araşdırmanı aparan astronomlar böyüklüklərinə görə ardıcıllıqla planetlərə TRAPPIST-1b, 1c, 1d, 1e, 1f, 1g ve 1h adlarını veriblər.
Вернуться назад