DataLife Engine > gundem > Azərbaycanda DƏHŞƏT: bir ailə məhv oldu - ADLAR AÇIQLANDI

Azərbaycanda DƏHŞƏT: bir ailə məhv oldu - ADLAR AÇIQLANDI


23-02-2017, 14:08. Разместил: heqiqet Azərbaycanda DƏHŞƏT: bir ailə məhv oldu - ADLAR AÇIQLANDI Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ölən 4 nəfərin adları dəqiqləşib.
Kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib.
Ev sahibinin 2016-ci ildə anadan olmuş digər nəvəsi Mustafayev Elcan Zöhrab oğlu isə ağır vəziyyətdə uçqun altından çıxarılıb. Onun yaşamaq şansının olduğu bildirilir.
Qeyd edək ki, polis, təcili yardım əməkdaşları və xilasedicilər qalın qar örtüyü səbəbindən hələ də hadisə yerinə çata bilməyib. Kənd sakinlərinin köməkliyi ilə meyitlər dağıntılar altından çıxarılıb.
Вернуться назад