DataLife Engine > hadise > Üzük barmağından çıxmadı, FHN-i çağırdı

Üzük barmağından çıxmadı, FHN-i çağırdı


27-03-2017, 10:03. Разместил: heqiqet Üzük barmağından çıxmadı, FHN-i çağırdı Səhər saatlarında Bakıda maraqlı olay baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 09:44-də başa çatıb.
Вернуться назад