Bakıda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb - VİDEO
28-03-2017, 10:30. Разместил: heqiqet
Bu gün səhər saatlarındaMaştağa-Zabrat şossesində yol qəzası baş verib.Naməlum maşın 90-LR-191 dövlət nömrə nişanlı "Hyundai Accent” markalı avtomobili arxadan vurub.
Nəticədə"Hyundai Accent” markalınəqliyyat vasitəsi yol kənarındakı dərəyə yuvarlanıb.
Şahidlərin sözlərinə görə, "Hyundai”ı üzü Zabrat istiqamətində hərəkət edərkən yol ayrıcından sürətlə çıxan ağ rəngli krossover onu vurub. Qəza törədənmaşının sürücüsü hadisə yerindən qaçıb.
"Hyundai”in sürücüsü ciddi xəsarət almasa da, şok vəziyyətinə düşüb, avtomobilə ciddi ziyan dəyib.
Вернуться назад