Aksiz markası olmayan siqaretlər aşkarlanıb
29-03-2017, 10:56. Разместил: heqiqet
DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili saxlanılıb.
Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50.000 ədəd "Manchester" adlı siqaret aşkar edilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Вернуться назад