DataLife Engine > hadise > Prokuror Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 illik həbs cəzası istəyib

Prokuror Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 illik həbs cəzası istəyib


30-03-2017, 17:57. Разместил: heqiqet Prokuror Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 illik həbs cəzası istəyib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, X. Məmmədova 8 illik həbs cəzası istəyib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün vaxt istəyib.
Proses aprelin 6-da davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin sentyabrında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli biliən Gürcüstan vətəndaşı Xanım Məmmədova tutulub.
Вернуться назад