Ermənilər Qapanlı sakinlərinin evlərini atəşə tutub
6-04-2017, 19:33. Разместил: heqiqet
Famil Quliyevin sözlərinə görə, ermənilər kəndə ard-arda iki mərmi atıblar: "Oturub evdə yemək yeyirdik, ermənilər kəndə mərmi atdılar. İkisini dalbadal atdılar. Biri də qonşu məhəlləyə düşüb. Erməni vəhşiliyinin bir daha şahidi olduq. Allaha şükür edirik ki, ölən toyuq-cücədir".
Qeyd edək ki, Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin cəbhədə vəziyyəti yenidən gərginləşdirdiyi barədə məlumat yayıb.
Вернуться назад