MTN generalının həbs müddəti uzadıldı
7-04-2017, 15:10. Разместил: heqiqet
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq tərəfinin verdiyi təqdimata baxılıb. Prosesdə qərar elan olunub. Qərara əsasən, general və digərləri barəsində həbs müddəti bir ay artırılıb.
Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub.
Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.
Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Xatırladaq ki, Elçin Quliyev və digərlərin cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Вернуться назад