Sumqayıtda evi ildırım vurub yandırdı - GÖRÜNTÜLƏR
10-04-2017, 12:11. Разместил: heqiqet Sumqayıt şəhərində ev yanıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 və digər otağın tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə Kottec yaşayış massivində baş verib və ev ildırım vurması nəticəsində yanıb.