DataLife Engine > hadise > Bakıda 3 nəfərin diri-diri yandığı qəza ilə bağlı ŞOK DETAL: "YANA-YANA GƏLİRDİ" - VİDEO

Bakıda 3 nəfərin diri-diri yandığı qəza ilə bağlı ŞOK DETAL: "YANA-YANA GƏLİRDİ" - VİDEO


14-04-2017, 11:16. Разместил: heqiqet Bakıda 3 nəfərin diri-diri yandığı qəza ilə bağlı ŞOK DETAL: "YANA-YANA GƏLİRDİ" - VİDEO Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində - Zığ şosesində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən “KİA Cerato” markalı, 90 VT 097 nömrə nişanlı avtomobili 1984-cü il təvəllüdlü Ədilov Sadiq Mətləb oğlu, “VAZ 2104” markalı, 10 AX 002 dövlət qeydiyyat nişanlı avtomobili isə 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu sürürmüş.
“KİA Cerato”nu idarə edən S.Ədilov yüngül xəsarət alıb və hadisə yerinə gəlmiş polislərə deyib ki, digər nəqliyyat vasitəsi hərəkətdə olarkən yanmağa başlayıb və onun üzərinə yana-yana gəlirmiş. O deyib ki, hadisədən sonra düşərək kömək etməyə çalışıb və ilk olaraq 101-ə zəng edib.
Qeyd edək ki, məlum hadisədə “VAZ 2104”dəki 3 nəfərin hamısı yanaraq ölüb.


Вернуться назад