DataLife Engine > hadise > Şamaxı sakini əmisi oğlunu öldürdü

Şamaxı sakini əmisi oğlunu öldürdü


18-04-2017, 12:17. Разместил: heqiqet Şamaxı sakini əmisi oğlunu öldürdü Şamaxıda qətl törədilib.
Şamaxı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Famil Hidayətov aralarında yaranmış mübahisə zəminində əmisi oğlu, 46 yaşlı Şəmsəddini bıçaqlayaraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Вернуться назад