ŞƏKİDƏ BƏDBƏXT HADİSƏ: Kişi laqunda ilə çənəsini kəsdi - VİDEO - FOTO
19-04-2017, 14:23. Разместил: heqiqet
ARB Şəki xəbər verir ki, Suçma kənd sakini 54 yaşlı Ələsgər Mənəfov həyatyanı sahəsində motorlu kəsici-hamarlayıcı alətlə - yəni laqunda ilə işləyərkən alətin daşı bir anda yerindən çıxıb və onu yaralayıb. Daş Ələsgər Mənəfovun çənəsinə dəyib və kəsib.
Yaralı dərhal Şəki MRX-na çatdırılıb. Burada ona ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə hazırda xəstənin vəziyyəti orta ağırdır. Xəstə əməliyyat üçün Bakıya göndəriləcək.
Вернуться назад