DataLife Engine > hadise > Prokuror keçmiş polis rəisinin həyat yoldaşına 9 il cəza istəyib

Prokuror keçmiş polis rəisinin həyat yoldaşına 9 il cəza istəyib


1-05-2017, 15:01. Разместил: heqiqet Prokuror keçmiş polis rəisinin həyat yoldaşına 9 il cəza istəyib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.
Prokuror L.Əkbərovanın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses mayın 10-da davam etdiriləcək.
İttihama görə, L.Əkbərova 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilir. L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.
Вернуться назад