Azərbaycanda sürücü avtomobilini təmir edən ustanı öldürdü
10-05-2017, 11:43. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, mayın 9-da Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində Dəvəçi kənd sakini Məmməd Məmmədov "VAZ-21099" markalı avtomobilini itələyərkən ehtiyatsızlıqdan orada çilingər işləyən Vüqar Əlverdiyevi divara sıxıb. Nəticədə usta hadisə yerində ölüb.
Araşdırma aparılır.
Вернуться назад