800 manata görə xalasını qətlə yetirənə AĞIR CƏZA
12-05-2017, 13:37. Разместил: heqiqet
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R.Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl ötən il iyul ayının 22-də Sumqayıtda baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.
Вернуться назад