"Oğrudan oğruya halaldır" prinsipi ilə tanışını soydu – VİDEO
22-05-2017, 12:43. Разместил: heqiqet
ARB TV xəbər verir ki, o, 11 may tarixində Şirvan şəhər sakininin evinə qanunsuz yolla, pəncərədən daxil olaraq, 750 manat dəyərində kompüter və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Coşqun dələduzluq yolu ilə əldə etdiklərini gizlədərkən, bu əməli onun 21 yaşlı tanışı Röyal Xələfov görüb. Röyal da öz növbəsində "oğrudan oğruya halaldır" prinsipi ilə , ikisi yeniyetmə olmaqla üç tanışı ilə əlbir olub, Coşqun İsmayılovun gizlətdiyi qızıl-zinət əşyalarını götürərək, “Lombard”-a satıb, əldə olunan pulu isə aralarında bölüblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Вернуться назад