DataLife Engine > hadise > Bakının mərkəzində ağır qəza: qadın öldü

Bakının mərkəzində ağır qəza: qadın öldü


31-05-2017, 11:09. Разместил: heqiqet Bakının mərkəzində ağır qəza: qadın öldü Bakının mərkəzində ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, gecə saat 21:50 radələrində Parlament prospektində Xamis Ağcayevin idarə etdiyi “Mercedes C 230” markalı, 10 VS 232 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən 35-40 yaşlı qadını vurub. Ağır xəsarət alan qadın xəstəxanada vəfat edib.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən qadın 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Вернуться назад