DataLife Engine > hadise > İsmayıllıda 8 ton otla dolu yük maşını yanıb

İsmayıllıda 8 ton otla dolu yük maşını yanıb


12-06-2017, 10:49. Разместил: heqiqet İsmayıllıda 8 ton otla dolu yük maşını yanıb İsmayıllı rayonun Girk kəndində yanğın hadisəsi baş verib. Hadisə İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Xurşudov Cümşüd Hüseyn oğlu idarə etdiyi 41-BB-886 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük avtomobili ilə Girk kəndinə ot bağlaması apararkən baş verib.
Yük yerinə yığılan ot bağlamaları yüksək gərginli elektrik naqilinə ilişərək onu qırıb. Naqil otun üstünə düşərək yanğın törədib. Yük yerindəki 8 ton ot bağlaması və maşın yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-in İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Kənardakı evlər, ağaclar, həyətyanı sahələr yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад