Rusiyadan Azərbaycana gələn avtobus aşıb
16-06-2017, 17:48. Разместил: heqiqet
RİA "Novosti"-nin verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.
Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.
Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.
Qəzanın baş vermə şəraiti araşdırılır.
Вернуться назад