DataLife Engine > hadise > Daşkəsəndə ana və körpəsini qətlə yetirən şəxs tutulub

Daşkəsəndə ana və körpəsini qətlə yetirən şəxs tutulub


21-06-2017, 17:25. Разместил: heqiqet Daşkəsəndə ana və körpəsini qətlə yetirən şəxs tutulub Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.
İlkin ehtimala görə, R. Ələkbərov qətli törədən zaman içkili olub. Onların yaşadığı evdə spirtli içki butulkaları aşkarlanıb.
Hadisə barədə kənd sakinlərinə qətlə yetirilən qadının ilk nikahından olan 5 yaşlı qızı məlumat verib.
R. Ələkbərovun bir neçə dəfə məhkumluq həyatı yaşadığı, bir neçə dəfə nikahda olduğu, məhkumluqların ailə münaqişələri ilə bağlı olduğu deyilir. Onun birinci nikahından nəvəsinin də olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Вернуться назад