Qardaş 62 yaşlı bacısını bıçaqladı
9-08-2017, 10:21. Разместил: heqiqet
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, bu gecə saat 03 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarətlər yetirib. Keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Вернуться назад