Telefon mağazası kül oldu
11-08-2017, 10:30. Разместил: heqiqet
Abşeronda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan telefon satışı mağazasında baş verib. Nəticədə mağazanın 2 ədəd müşahidə kameraların bloku, 20 ədəd satışa qoyulmuş mobil telefonlar yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад