DataLife Engine > hadise > Otaq yoldaşını amansızca öldürən şəxs ələ keçdi

Otaq yoldaşını amansızca öldürən şəxs ələ keçdi


14-08-2017, 15:56. Разместил: heqiqet Otaq yoldaşını amansızca öldürən şəxs ələ keçdi Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə otaq yoldaşını qətlə yetirən şəxs tutulub.
Avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.
Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Вернуться назад