DataLife Engine > hadise > Bakıda evə basqın edilib, ev sahibi döyülüb

Bakıda evə basqın edilib, ev sahibi döyülüb


22-08-2017, 15:40. Разместил: heqiqet Bakıda evə basqın edilib, ev sahibi döyülüb Bakıda evə basqın edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.
Вернуться назад