DataLife Engine > hadise > Silah anbarında yanğın və partlayışla əlaqədar cinayət işi başlanıb

Silah anbarında yanğın və partlayışla əlaqədar cinayət işi başlanıb


28-08-2017, 11:00. Разместил: heqiqet Silah anbarında yanğın və partlayışla əlaqədar cinayət işi başlanıb Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.
APA-nın məlumatına görə, bu, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin silah anbarında baş verən partlayışla əlaqədar yaydıqları birgə məlumatda əksini tapıb.
İstintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.
Вернуться назад