DataLife Engine > hadise > Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü işdən çıxarıldı

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü işdən çıxarıldı


6-09-2017, 11:43. Разместил: heqiqet Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü işdən çıxarıldı Sentyabrın 4-də Bakının Nizami rayonu ərazisində qəza törədən 35 şaylı marşrut avtobusunun sürücüsü işdən çıxarılıb.
Yol qəzasının baş verməsindən sonra avtobusun sürücüsü Valeh Muradov xətdən kənarlaşdırılıb. Hazırda faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, sentyabrın 4-də paytaxtın Nizami rayonunda V.Muradov idarə etdiyi 35 saylı marşrut avtobusu ilə yolu keçən piyada, 1950-ci il təvəllüdlü Şahmar Mehrəliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 5-də dünyasını dəyişib.
Вернуться назад