DataLife Engine > hadise > Küt alətlə hədələyib 800 manatını aldılar - 13 il həbs

Küt alətlə hədələyib 800 manatını aldılar - 13 il həbs


7-09-2017, 14:43. Разместил: heqiqet Küt alətlə hədələyib 800 manatını aldılar - 13 il həbs Quldurluqda təqsirləndirilən Vahid Şirinov və Rəşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə V.Şirinov 6 il və R.Məhərrəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin V.Şirinov 3 min manat məbləğində cərimə kəsilib.
Qeyd edək ki, hadisə bu il may ayının 17-də Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, həmin qəsəbədə şəxsiyyəti məlum olmayan şəxslər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu alıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri V.Şirinov və R.Məhərrəmov tutulub

Вернуться назад