Test imtahanında aşağı nəticə göstərən qız özünü öldürüb - TƏFƏRRÜAT
18-09-2017, 15:26. Разместил: heqiqet
İlkin araşdırma zamanı məlum olub ki, G.Qəmbərli məktəbdən əlavə hazırlıq kursuna gedirmiş və kursda keçirilən test imtahanında aşağı nəticə göstərib. Bu səbəbdən evdə anası onu danlayıb. Psixoloji sarsıntı keçirən qız daha sonra özünü asıb.
Araşdırmalar davam etdirilir.
17 sentyabr
Gəncədə 9-cu sinif şagirdi intihar edib.
APA-nın Qərb bürosunun məlumatına görə, şəhərin Təbriz küçəsində yaşayan 2002-ci il təvəllüdlü Qəmbərli Gülçin Arzu qızı yaşadığı mənzildə özünü asıb.
Yaxınları G. Qəmbərlini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад