Bakıda faciə: ana və 5 yaşlı oğlunun meyiti tapıldı
9-10-2017, 13:32. Разместил: heqiqet
Hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib. 1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda onların hər ikisinin vəfat etdiyini görüblər.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад