DataLife Engine > hadise > DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı


10-10-2017, 17:44. Разместил: heqiqet DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
Oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Вернуться назад