DataLife Engine > hadise >
Bakı yaxınlığında faciə: daşlar avtomobilin üstünə töküldü, ölən var
Bakı yaxınlığında faciə: daşlar avtomobilin üstünə töküldü, ölən var
3-11-2017, 18:39. Разместил:
heqiqet

Dünən Masazırda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub. Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Вернуться назад