DataLife Engine > hadise > Rusiyada məhbusları aparan vaqon alışıb

Rusiyada məhbusları aparan vaqon alışıb


10-11-2017, 10:30. Разместил: heqiqet Rusiyada məhbusları aparan vaqon alışıb Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb. Trend-in məlumatına görə, bu barədə Rusiyanın regional idarəsi məlumat yayıb.
Məlumata görə, Valdivostok-Xabarovsk marşrutu üzrə məhbuslar daşınarkən qatar quru ot ərazisi yanan hissədən keçərkən vaqonun aşağı hissəsi alışıb, tüstülənmə olub.
Karaul rəisi dərhal nəzarəti gücləndirərək, məhbusların təxliyəsini təşkil edib.
Alovun başqa vaqonlara keçməsinin qarşısı alınıb.
Xəsarət alan olmayıb.
Вернуться назад